waplog

Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirilib.
İclası Problem Şurasının sədri, akademik İsmayıl İbrahimov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Tədbirdə AMEA Kibernetika və İnformasiya Texnologiyaları institutlarında aparılan elmi-tədqiqat işləri, doktorant və dissertantların dissertasiya mövzularının təsdiq edilməsi məsələləri müzakirə olunub.
Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev və İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev rəhbərlik etdikləri elm müəssisələrində aparılan elmi-tədqiqat işlərindən, respublikanın sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən prioritet istiqamətlərdən danışblar. Problem Şurasının elmi-katibi Ədalət Paşayev şuraya daxil olan elmi-tədqiqat işləri haqqında məlumat verib.
Gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərar qəbul edilmişdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL