Planşetlər onun yolunu kəsir
Fərdi kompyuter (FK) seqmenti planşetlərin populyarlığı nəticəsində gözlənildiyindən daha çox ziyana məruz qalacaq. “Morgan Stanley” investisiya bankının yeni “AlphaWise” icmalı buna sübutdur.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012 və 2013-cü illərdə FK-in tədarük həcminin 1 faiz artacağı gözlənilir. Ekspertlərin yeni proqnozu əvvəlki hesablamadan əhəmiyyətli dərəcədə fərqlənir. Həmin proqnoza əsasən, 2012 və 2013-cü illərdə FK seqmenti müvafiq olaraq 2 və 5 faiz artacaq.
Mütəxəssislər bununla yanaşı, planşet bazarında sürətli artım gözləyirlər. “Morgan Staneley” investisiya bankının analitiki Keti Hyubertinin (Katy Huberty) proqnozuna görə, 2012-ci ildə planşetlərin tədarük həcmi 133 milyon, 2013-cü ildə isə 216 milyon təşkil edəcək.
Hyuberti qeyd edib ki, yaxın 2 il ərzində satın alınacaq planşetlərin 41 faizi fərdi kompyuterlərin daimi və ya müvəqqəti əvəzetməsi kimi alınacaq. Bundan əvvəl bu göstərici 14 faiz səviyyəsində proqnozlaşdırılmışdı.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL