İranda yeni kosmodromun tikintisi başa çatmaq üzrədir
İranda yeni kosmodromun tikintisi başa çatmaq üzrədir və ona İslam Respublikasının yaradıcısı ayətullah Ruhulla Musavi Xomeyninin adı veriləcək. Bu barədə İranın müdafiə naziri Əhməd Vahidi məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, kosmodromun tikintisi üzrə aparılan işlərin 80 faizi yerinə yetirilib. İranın “Tolu” peyki yeni kosmodromdan orbitə birinci buraxılacaq. Müdafiə naziri kosmodromun yerləşdiyi məkan barəsində məlumat verməyib.
Məlumat üçün bildirim ki, indiyə qədər İranda raketlər orbitə Semnan əyalətində yerləşən kosmodromdan buraxılıb. 2010-cu ilin fevralında həmin kosmodromdan “Safir” raketi işə salınıb və o, İranın “Ümid” adlı ilk peykini orbitə uğurla çıxarıb. İran bundan sonra “Rasad” və ”Navid” peyklərini, həmçinin içərisində siçan, tısbağa və soxulcan yerləşən biokapsulanı orbitə buraxıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL