Nuşirəvan Məhərrəmli: «Rəqəmli TV yayımı üçün yerli müəssisələr dekoderlər istehsal etmək niyyətindədir»
«2012-ci ilin sonuna qədər Azərbaycanda analoq yayımın dayandırılması və rəqəmli yayımın tam həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Bu işləri görmək üçün də hələ ki bizim xeyli zamanımız var. İstərdik ki, bu işi tez həyata keçirək».
İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib. Onun sözlərinə görə, aztəminatlı ailələrin dekoderləri ala bilməsi üçün hökumətə etdiyimiz müraciətə baxılır".
N.Məhərrəmli deyib ki, əgər müraciətləri müsbət cavablandırılarsa, onda rəqəmli yayıma daha tez bir zamanda keçmək mümkün olacaq. Şura sədri onu da əlavə edib ki, müraciətlər müsbət cavablandırılmasa da, qərara uyğun olaraq 2012-ci ilin sonunda analoq yayım dayandırılacaq.
Xarici ölkələrdən gətirilən dekoderlərin mağazalarda fərqli qiymətlərlə satıldığını önə çəkən N.Məhərrəmli dekoderlərin Azərbaycanda istehsal edilməsi ilə də bağlı müraciətlərin edildiyini bildirib. Onun sözlərinə görə, Mingəçevirdəki "Kür" zavodu və Bakıda Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodlarına lazımi maliyyə vəsaiti ayrılarsa, dekoderlərin istehsalı daha ucuz başa gələr: «Bu müəssisələr də investisiya gözləyirlər".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL