waplog

Yerli İT şirkəti bütün səhiyyə ocaqlarını bir yerə “cəmləyib”


Azərbaycanın 600-ə yaxın dövlət səhiyyə müəssisəsi və klinikasının məlumat bazaları ölkənin Səhiyyə Nazirliyinin mərkəzi məlumat bazası ilə birləşib. Bu barədə "BestComp Group" şirkətindən verilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, işlər vətəndaşların "Elektron sağlamlıq kartları" ilə təmin olunması layihəsi çərçivəsində həyata keçirilib. Azərbaycanın İT şirkəti olan "BestComp Group" layihənin sistemli inteqratoru funksiyasını yerinə yetirir.

Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə, eləcə də pasiyentlərə paylanılır.

Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. Məlumat tibb müəssisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.

Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub. Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL