waplog

Azərbaycanda emissiya edilən bütün investisiya qiymətli kağızları “İSİN” kodları alacaq


Azərbaycanda emissiya edilən bütün investisiya qiymətli kağızlarına Milli Nömrəliyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələri – “İSİN” kodları veriləcək. İCTnews” elektron xəbər xidmətinə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Komitədən bildirilib ki, QKDK-nin qərarı ilə bir sıra normativ hüquqi akt təsdiq olunub və Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib: “Respublika prezidentinin 2011-ci il 22 dekabr tarixli 1917 nömrəli sərəncamını icra etmək məqsədi ilə “Qiymətli kağızlar bazarında aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi” qaydaları, “Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi” qaydaları, “Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olunması” qaydaları və “Depozitar fəaliyyətin həyata keçirilməsi” standartlarına dəyişikliklər təsdiq edilib. Həmçinin, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası ilə əlaqədar olaraq “İnvestisiya qiymətli kağızların emissiyası” qaydaları təsdiqlənib”.

Sözügedən qaydalar mülkiyyət formasından asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən korporativ istiqrazların emissiyasını, səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin əlavə emissiyasını, səhmlərin birləşdirilməsi, xırdalanması, onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasını, kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyasını tənzimləyir və investisiya qiymətli kağızların buraxılışlarına dövlət qeydiyyat nömrəsinin verilməsi prosedurunu müəyyən edir: “Qaydalar Azərbaycan Respublikasında emissiya edilən bütün investisiya qiymətli kağızlarının qeydiyyat nömrəsinin beynəlxalq standartlar əsasında verilməsini müəyyən edir və həmçinin Milli Nömrəliyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin – “İSİN” kodlarının verilməsi nəzərdə tutulur”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL