waplog

İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət nəşr olunub


Akademik Əli Abbasovun  həmmüəllifliyi ilə İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət kitabı nəşr olunub.

Təqdim olunan lüğət sözügedən sahədə istifadə olunan 12.000 termini əhatə edir. Bu sahənin bütün istiqamətləri – kompyuter texnikası, kommunikasiya vasitələri, alqoritmləşdirmə və proqramlaşdırma, sistem və tətbiqi proqram təminatı, əməliyyat sistemləri, informasiya sistemləri, verilənlərin operativ analizinə yönəlmiş sistemlər, süni intellekt sistemləri, informasiya təhlükəsizliyi, kompyuter şəbəkələri, İnternet şəbəkəsi üzrə ingiliscə-rusca-azərbaycanca terminlər toplanmış və onların Azərbaycan dilində izahı verilmişdir.

Kitab informasiya-kommunikasiya sahəsində çalışan mütəxəssislər, müəllimlər, tələbələr, magistrantlar, doktorantlar, proqramçılar və tərcüməçilər üçün nəzərdə tutulmuşdur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL