waplog

2011-ci ildə Ukraynanın İT bazarının həcmi 18,1 faiz artıb


Ukraynanın İT məhsul və xidmətlər bazarının həcmi 2011-ci ildə 18,1 faiz  artaraq 1,3 milyard avro təşkil edib. Bu barədə “PMR” analitik şirkətinin hesabatında qeyd olunub.

Müqayisə üçün, 2010-cu ildə İT məhsul və xidmətlər bazarında  43 faizlik artım qeydə alınmışdı. "Artım tempi azdır, lakin artım daha ahəngdardır - ekspertlər qeyd ediblər.

O, ölkədə mövcud olan real iqtisadi və işgüzar vəziyyətə müvafiqdir. Bundan əlavə, biz  autsorinq xidmətlərinin ixracını nəzərə almamışıq. Onların həcmi 2010-cu ildə yerli İT bazarın 50 faizini ötmüşdü".

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, “PMR” şirkətinin proqnozuna görə, Ukraynanın İT bazarının həcmi pik qiymətinə, 1,9 milyard avroya çatması üçün hələ 3-4 il lazımdır.
"Biz 2012-2013-cü illərdə Ukraynanın İT bazarının ikirəqəmli artım sürətini saxlayacağını gözləyirik. Bu proqnoz makroiqtisadi və siyasi sabitliyə əsaslanır".

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL