Yarasa-robot kəşfiyyatçı rolunda?
Madrid Texnologiya Universitetində çalışan ispan mühəndisləri Braun Universitetində işləyən amerikalı kolleqaları ilə birgə “BaTboT” adlı yeni robot hazırlayıblar. Robotun əsas xüsusiyyəti onun qanadlarının unikal konstruksiyasındadır; belə ki, onlar yarasaların qanadlarına oxşadılıb.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yarasalar havada yüksək manevr etmə qabiliyyəti ilə fərqlənir. Buna görə mütəxəssislər yarasaların qanadlarının strukturunu diqqətlə araşdırıblar və süni materiallardan onun oxşarını yaradıblar.
“BaTboT” robotunun qanadları formanın yadda saxlanması effektindən istifadə edən və qalınlığı təxminən 0,1 millimetr olan ən nazik parçadan hazırlanıb; bu, ona əsl əzələlərin işini imitasiya etməyə imkan verir. Mütəxəssislər əmindirlər ki, manevr qabiliyyəti üzrə bu robotun tayı-bərabəri olmayacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL