waplog

Lisenziya müqavilələrinin qeydiyyatı qismən avtomatlaşdırılıb


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən lisenziya müqavilələrinin qeydiyyatı üzrə elektron xidmət qismən avtomatlaşdırılıb. Bu xidmətin funksiyası lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu, bununla bağlı vətəndaşlara ətraflı məlumatın verilməsidir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, lisenziya müqavilələrinin dövlət  reyestrində qeydiyyatı yalnız SMPDK tərəfindən həyata keçirilir: “Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq mühafizə sənədinin verilməsi haqqında qərar qəbul edilir.

Ödənişli olan bu xidmətə əsasən, lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün dövlət rüsumu müəyyənləşdirilib”. Belə ki, lisenziya müqavilələrinin qeydə alınması zamanı  bir ədəd əmtəə nişanı üçün 80 manat, bir neçə əmtəə nişanı üçün (1-dən artıq hər əmtəə nişanı üçün) 50 manat tələb olunur. Elektron xidmətdən Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.

Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda, müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda, qanunvericilikdə nəzərdə tutulan digər hallarda sorğunun yerinə yetirilməsindən imtina edilə bilər.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL