waplog

Azərbaycan poçtunun inkişaf modeli dünyada tətbiq olunacaq


Hazırda "Azərpoçt" MMC tərəfindən  bankların  göstərdiyi xidmətlər həyata keçirilir. "İCTnews" elektron xəbər xidmətinə məlumat verən müəssisənin baş direktor müavini Nazim Süleymanovun sözlərinə görə, "Azərpoçt" MMC-nin 200-dək məntəqəsində "Western Union" beynəlxalq ödəniş sistemi fəaliyyət göstərir.

 "Artıq bank hesabları açılıb, ilk lokal plastik kartlar emissiya edilib. Bundan başqa, yerli və beynəlxalq ödəniş sistemlərinə, o cümlədən "SWIFT"-ə qoşulma təmin edilib. Hazırda "MasterCard"a qoşulma prosesi baş tutub. Xarici banklarda müxbir hesabları da  açılıb". 

 Qeyd edək ki, Azərbaycanın poçt-maliyyə xidmətləri modeli Dünya Bankı və Ümumdünya Poçt İttifaqı tərəfindən də yüksək qiymətləndirilərək bu təcrübənin ölkələr arasında yayılması səmərəli hesab edilib. Bir sıra ölkələr və təşkilatlar, habelə Pan Afrika Poçt İttifaqı Azərbaycan modelinin öyrənilməsi və tətbiqi təşəbbüsü ilə çıxış edib.



RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL