waplog

“Azərpoçt” MMC elektron biznes xidmətlərinə başlayacaq


Yaxın vaxtlarda "Azərpoçt" MMC-nin elektron biznes xidmətlərinə başlayacaq. Bu barədə məlumatı müəssisənin maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədov bildirib.

Onun sözlərinə görə, "Azərpoçt" MMC bu istiqamətdə nəzərdə tutulan biznes planını tətbiq etməklə  plastik kartları vasitəsilə pensiya və müavinətlərin, əmək haqlarının ödənişinin aparılmasını nəzərdə tutub.
 
Qeyd edək ki, "Maliyyə xidmətlərinin inkişafı" layihəsi ilə əlaqədar müəssisənin inkişaf planı var və bu planın tətbiqi Azərbaycan poçtunun biznes strukturuna çevrilməsinə şərait yaradacaq.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL