"EMS-Falcon" MMC-nin nümayəndələri Bakıdadır
Özbəkistanın "EMS-Falcon" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ravşan Atabayev və İnformasiya texnologiyaları üzrə meneceri Mixail Surikov ölkələrimizin EMS (Express Mail Service) xidmətləri arasında təcrübə mübadiləsi aparmaq məqsədilə Bakıda səfərdədirlər."Azərekspresspoçt” RM-nin rəisi Eldar Tağıyevin bildirdiyinə görə, üç gün davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycan poçtunda EMS xidmətinin necə təşkil olunduğunu diqqətlə öyrənəcək və yüksək keyfiyyət göstəricilərinə nail olmanın əsas prinsip və şərtləri ilə yaxından tanış olacaqlar.
Səfərin sonunda "EMS-Falcon" və "Azərpoçt" Məhdud Məsuliyyətli cəmiyyətləri arasında EMS göndərişlərinin qarşılıqlı mübadilə olunmasına dair ikitərəfli müqavilə imzalanacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL