Sahibkarlar üçün “http://anfes.gov.az” saytında kredit kalkulyatoru yerləşdirilib
Sahibkarlar tərəfindən bizneslərinin planlaşdırılmasına kömək məqsədilə güzəştli kreditlər üzrə ilkin hesablamaların aparılması üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun saytında (SKMF) kredit kalkulyatoru qurulub. "İCTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki,
"http://anfes.gov.az/" saytında yerləşdirilən bu kalkulyatorda hesablanan nəticələrlə bank tərəfindən konkret güzəştli kreditlər üzrə müəyyən edilən ödəniş cədvəli arasında kiçik fərqlər yarana bilər.
Belə ki, kalkulyatorla hesablama aparılarkən, banklar tərəfindən müəyyən edilən komisyon haqlar nəzərə alınmır.
Qeyd edək ki, kalkulyatorun "Tarix" hissəsinə sahibkarın kredit almaq istədiyi tarix, "Məbləğ" hissəsinə kreditin məbləği, "Müddət" hissəsinə kreditin müddəti, "Güzəşt müddəti" hissəsinə kreditin güzəşt müddəti, "Güzəştli kredit faizi" güzəştli kredit faizi daxil edilir.
Nazirlikdən vurğulanıb ki, sahibkarlıq subyektlərinə müəyyən hədlərdə güzəştli kredit vəsaiti verilə bilər. Belə ki, 5 000 manatdan 50 000 manatadək kiçik həcmli kreditlər, 50 001 manatdan 500 000 manatadək orta həcmli kreditlər, 500 001 manatdan 10 000 000 manatadək isə böyük həcmli kreditlər verilir. Hər bir sahibkarlıq subyektinin fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan artıq ola bilməz.
Fondun güzəştli kreditlərinin müddətlərinə gəlincə, bu proses kiçik həcmli kreditlər üçün üç, orta həcmli kreditlər üçün beş, böyük həcmli kreditlər üçün on ilədək müəyyən edilir. Kreditlərdən istifadə üzrə güzəşt müddətinə gəldikdə isə kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər.
Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 6 faizdən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL