Lənkəranda "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib
İyunun 6-da Lənkəranda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin əməkdaşları, eləcə də Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirdə elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, “www.b2b.az” elektron ticarət portalının təqdimatı keçirilib.
Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL