Dərmanlar ucuzlaşacaq
Miçiqan Universitetində işləyən əməkdaşların təqdim etdiyi yeni texnologiya sayəsində əczaçılıq şirkətləri daha çox dərman istehsal edəcək və buna daha az vəsait xərcləyəcəklər. Çünki alimlər proteinlərin (dərman hazırlanmasında əsas proseslərdən biri) təmizlənməsi üçün yeni nəsil membran əsasında xüsusi mexanizm hazırlayıblar.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, amerikalı mütəxəssislər tərəfindən yaradılmış bu membranlar proteinlərin təmizlənməsi ilə məşğul olurlar, lakin bu prosesi hazırda mövcud olan analoqlarından 2-3 dəfə daha sürətli edirlər. Nəticədə məhsuldarlıq artacaq və dərmanların qiyməti daha ucuz olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL