waplog

İctimai Televiziyaya yeni səlahiyyətlər verilir


Milli Məclis “İctimai televiziya və radio yayımı haqqında” qanunda bir sıra dəyişikliklərlə yanaşı, ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişiklik edəcək. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə məsələ MM-in Mədəniyyət komitəsinin iclasında müzakirə edilib.

Qanuna təklif olunan dəyişikliyə görə, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

İclasda iştirak edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli dəyişikliklərin əksəriyyətini dəstəkləyib, lakin ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişikliyin əleyhinə olub: “Mən bu təklifdən narahatam”. O qeyd edib ki, telekanallar arasında hüquqi bərabərlik yaratmaq lazımdır: “Əgər türk dilində olan serialları İTV-də versək, yenidən yerli filmlərin stimullaşdırılmasında problem olacaq”.

 N.Məhərrəmli MTRŞ-nin qərarı ilə bütün telekanallarda xarici serialların dayandırıldığını xatırladıb: “Amma təklif olunan indiki dəyişikliklə İTV-yə xarici serialların yayılmasına icazə veriləcək”.Buna baxmayaraq, təklif qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL