waplog

Kəndlərdə də elektron sayğaclar qurulur


"Azərenerji" ASC Azərbaycan regionlarının elektrik enerjisindən istifadəyə görə kart ödənişi sisteminə keçidi üzrə fəal işlər aparır. Artıq proses qəsəbə və kəndləri də əhatə etməkdədir.

“İCTnews” xəbər verir ki, bu barədə ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan regionlarında planlaşdırılmış qaydada elektrik enerjisindən istifadəyə görə kart ödəniş sisteminə keçid üzrə işlər aparılır.

Xüsusilə, kart sisteminə keçid prosesi çərçivəsində 0,4 və 10 kilovolt elektrikötürücü xətlərin yenidən qurulması, eləcə də yeni xətlərin çəkilməsi üzrə işlər görülür. Azərbaycan bölgələrinin kart ödəniş sisteminə keçidi prosesinin başa çatma müddətinə toxunan Əsgərov qeyd edib ki, proses olduqca uzunmüddətlidir və dəqiq vaxt barədə danışmaq hələ tezdir.

Bakıda elektrik enerjisinin verilməsi və satışı məsələləri ilə "Bakıelektrikşəbəkə" SC, Azərbaycanın digər regionlarında isə "Azərenerji" məşğul olur. Hazırda ASC-nin balansında 500, 330, 220 və 110 kilovatlıq 200-dən çox yarımstansiya, eləcə də altı su elektrik və 13 istilik elektrik stansiyası var. Azərbaycanın enerji gücü 6,5 min meqavat təşkil edir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL