Yaponlar yüksək piksel sıxlığına malik ekran hazırlayıblar
Yaponiyanın “Japan Display” (JDI) şirkəti fotorealistik və detallaşdırılmış şəkil əks etdirən 2,3 düymlü maye kristal ekran təqdim edib. Yeni ekran 1280x800 piksel təsvir ölçüsündə ən yüksək piksel sıxlığına (1 düymə 651 nöqtə) malikdir.
“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, panel Bostonda (ABŞ) keçirilən “SID 2012 Display Week” sərgisində təqdim edilib. Yeni ekranın istehsal müddəti və hansı tip qurğular üçün nəzərdə tutulduğu barədə məlumat verilməyib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL