Azərbaycanda elektron ticarətin həcmi 498,3 min manat təşkil edib
2012-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6,8 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb.
"İCTnews" elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 871,2 milyon manatı hüquqi şəxslərin, 3,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 2,8 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Elektron ticarətin həcmi 498,3 min manat olub.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 milyard manatı ərzaq məhsullarının, 2,9 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL