waplog

Sosial yardımlarla bağlı müraciət onlayn rejimdə və poçt vasitəsi ilə aparılacaq


Respublika Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan Ünvanlı dövlət sosial yardımı (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin bütün respublikada tətbiqi nəzərdə tutulur.

Bununla bağlı olaraq, iyunun 6-dan etibarən müxtəlif regionlarda rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları üçün seminarların keçirilməsinə başlanılıb. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, iki gün ərzində Gəncə şəhərində, Abşeron Masallı, Şəki və Ağcabədi rayonlarında belə seminarlar keçiriləcək. Seminarlarda yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunur, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı izahatlar verilir.

Məlumat üçün bildirək ki, ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin ötən ilin avqust ayından 2 rayonda, cari ilin yanvar ayından isə daha 25 şəhər və rayonda sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin bütün respublika üzrə davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL