waplog

Rusiyanın raket sınağı azərbaycanlıları vahimələndirdi (VİDEO)


Dünən gecə saatlarında Bakı səmasında, eləcə də Azərbaycanın bir çox şəhərlərinin səmasında görünən «quyruqlu» obyekt uçan boşqab deyilmiş. Obyekti görənlər onu başqa planetdən gəlmə hesab etsələr də, bu gün məsələ tam aydınlaşıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, Rusiyanın Həştərxan vilayətindəki «Kapustin Yar» poliqonundan dünən «Topol» qitələrarası ballistik raketinin uğurlu sınağı həyata keçirilib. Bununla bağlı  mətbuata açıqlama verən Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Vadim Koval deyib ki, raketin sınağı Bakı vaxtı ilə saat 22:39-da həyata keçirilib.

Raket Qazaxıstanın «Sarı Şaqan» poliqonundakı şərti hədəfi vurub. Həştərxan və Volqoqrad vilayətlərinin sakinləri ilk olaraq səmada hərəkət edən raketi görüblər. Daha sonra Azərbaycan, İsrail, Əfqanıstan, Livan və digər ölkələrin sakinləri bu hadisənin şahidi olublar. Bütün bu ölkələrdə söhbətin uçan naməlum obyekt və ya meteoritdən getdiyi güman edilib.

Məlumat üçün qeyd edək ki, dünən saat 22:50 radələrində Azərbaycanın bir sıra bölgələrinin, o cümlədən Bakının sakinləri səmada uçan obyekt gördüklərini iddia ediblər. Çox hündürdə olan obyekt qərbdən şərqə doğru hərəkət edib və 3 dəqiqə ərzində görünüb. Şahidlər bu müddət ərzində sanki partlayış baş verdiyini, həmin zaman səmanın süd rənginə büründüyünü bildirirlər.

Obyektin sürəti yüksək olmayıb. Obyektin diametri gözlə 3-5 metr görünüb. Bundan başqa onun mobil telefonlarla nə videosunu, nə də fotosunu çəkmək mümkün olmayıb. Şahidlərin bildirdiyinə görə, obyekt mobil telefonlarla çəkildikdən sonra kadrlara baxanda yalnız gecənin qaranlığının düşdüyü bəlli olub. Obyekti yalnız professional kamera ilə çəkməyin mümkün olduğunu bildiriblər.



SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL