“Samsung” mobil prosessor fabrikinin tikintisinə təxminən 2 milyard dollar vəsait ayırıb
Electronics” şirkəti smartfon və planşetlərə tələbatın artması fonunda mobil qurğular üçün nəzərdə tutulmuş çiplərin istehsalı üzrə yeni fabrikin tikintisinə 1,9 milyard dollar vəsait ayıracaq.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti “Apple”-ın “iPhone” smartfonu və “iPad” planşeti üçün mikroprosessor təchizatçısıdır.
“Samsung” şirkəti mobil qurğular üçün nəzərdə tutulmuş çip istehsalı sahəsini fəal şəkildə inkişaf etdirir, çünki həmin bazar sürətlə inkişaf edir. 2016-cı ilədək smartfon və planşetlər üçün prosessor bazarı həcminin 59 milyard dollar təşkil edəcəyi gözlənilir.
“Samsung”un ilin sonunadək başa çatdırmağı planlaşdırdığı yeni istehsal obyektləri ona "ağıllı" mobil həllərə artan tələbatın öhdəsindən gəlməyə kömək etməlidir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL