waplog

Siçovul, yoxsa “Google”?


Süni intellekt problemlərinin tədqiqi sahəsində çalışan alimlər - Yan LeKun və Coş Tenenbaumun bəyanatına görə, ən güclü kompyuterlər belə hesablama imkanları nöqteyi-nəzərindən yalnız həşəratlara yaxınlaşır, siçovulun hesablama imkanları isə İT nəhəngi "Google"-dan çox yuxarıdır.

"İCTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən  bildirir ki, "Google" kimi sistemlərin sorğu üzrə topladığı və təqdim etdiyi informasiyanın həcminə görə tayı-bərabəri yoxdur. Lakin bu, yalnız verilənlərin anlayışsız yazılmasıdır.

"Mən siçovul kimi ağıllı maşın yarada bilsəydim, özümü xoşbəxt hiss edərdim" - Nyu-York Universitetinin kompyuter elmləri professoru Yan LeKun bildirib. O, insan beyninin imkanlarını süni intellektlə müqayisədə göstərmək üçün beynimizin imkanlarını əyani qiymətləndirib.

Belə ki, bizim beynimiz nəzəri cəhətdən saniyədə trilyona qədər (1000000000000000000) əməliyyat yerinə yetirməyə qadirdir. Bu halda canlı beyin – bu, yalnız yadda saxlama deyil, həm də əldə edilmiş biliklərdən istifadə etmək deməkdir. "Google" isə hərəkət marşrutunu xəritə üzrə planlaşdıra bilər, lakin bu, hətta siçovul beyni üçün elementardır. "Bu, hətta süni intellekt deyil" - Massaçusets Texnologiya  İnstitutunun hesablama informatikasının professoru Coş Tenenbaum bildirib.

Hər iki alim hələ ki hətta primitiv "siçovul" süni intellekti yaratmaqdan uzaqdır. Yan LeKun, məsələn, hərəkət edən robot üzərində təcrübə aparır. Robot müxtəlif obyektləri görür və onları təyin etməyə çalışır. Əfsus, hələ ki robot tez-tez ağacı insan, palçıq ləkəsini su adlandırır.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL