"Rabitəçi” saglamlıq düşərgəsində yeni kompyuter otağı yaradılıb
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bizə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, məktəblilərimiz kompyuter üzrə interaktiv yarışmada yüksək nəticə göstəriblər”. Bu sözləri İCTnews-ə Goradil qəsəbəsində “Rabitəçi” saglamlıq düşərgəsində yerləşən Şuşa 9 saylı orta məktəbin direktoru Qədim Abdullayev deyib. RİTN-in dəstəyi ilə orta məktəbdə 8 kompyuterdən ibarət kompyuter otağının yaradıldığını və onların yüksəksürətli internetə qoşulduğunu bildirən Q.Abdullayev bütün bunların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, onların intellektual inkişafına kömək etdiyini qeyd edib. Qeyd edək ki, RİTN “Teleradio”İB-nin balansında olan “Rabitəçi” sağlamlıq düşərgəsində Azərbaycanın işğal olunmuş müxtəlif bölgələrindən didərgin düşmüş 70-ə yaxın köçkün ailəsi məskunlaşıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL