Vergi ödəyicilərinin əksəriyyəti elektron xidmətlərlə bağlı müraciət edib
2012-ci ilin may ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə daxil olmuş 18.973 müraciət, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 9.230, avtomatik rejimdə elektron operator tərəfindən 9.743 müraciət cavablandırılıb. 35.268 vergi ödəyicisi mesaj göndərilməklə məlumatlandırılıb.
Ötən ilin may ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 24,8% artıb.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,9%), qeydiyyat (19,3%), vergilərin növləri (14,8%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (11%), hesabatlar və onların doldurulma qaydaları (4,9%) barədə məlumat əldə etmək istəmişlər. Avtomatik rejimdə cavablandırılmış suallar əsasən vergi növləri və dövlət büdcəsinə olan vergi borcları ilə bağlı olub.
Canlı rejimdə cavablandırılan sualların 98,7%-nə müfəttiş-operatorlar dərhal, 1,3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab verilib. Operatorlarla ilk telefon əlaqəsindən sonra sualların tam cavablandırılması səviyyəsi 92,9%, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,3% təşkil edib. Sualların 83,4%-i Bakı şəhərindən, 11,9%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.
Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 58 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL