waplog

ATV və ANS televiziyalarına xəbərdarlıq edildi


Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, iclasda ATV və ANS televiziyaları tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə ATV və ANS televiziyalarına xəbərdarlıq elan edilib.





SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL