waplog

“Canon” şirkəti sensor ekrana malik ilk fotoaparatını təqdim edib


“Canon” şirkəti “Canon EOS 650D” adlı fotoaparat təqdim edib;  bu, şirkətin sensor maye kristal ekrana malik ilk fotoaparatıdır.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, kameranı əvvəlki modellərdə olduğu kimi, həm düymələr vasitəsilə, həm də ekrana toxunmaqla idarə etmək olar.
Ekran multitaç jestlərini dəstəkləyir.

Fotoaparat 18 meqapikselli “CMOS” matrisə malikdir. Matrisin  fiziki ölçüsü 25,1x16,7 mm təşkil edir. “650D” fotoaparatında  işığa həssaslıq diapazonu ISO cədvəli üzrə 100-12800 vahid təşkil edir, bu halda ölçünü 25600 vahidə qədər artırmaq olar.

Kamera “Digic 5” prosessoru ilə təchiz edilib. Buna görə saniyədə 5 kadr sürətlə çəkiliş aparmaq mümkündür. Bundan əlavə, “650D” aparatı videonu 1920x1080 piksel (Full HD) təsvir ölçüsündə çəkməyə imkan verir.ABŞ-da fotoaparat satışa iyunun sonunda çıxarılacaq.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL