waplog

“Azərpoçt”MMC “səyyar qəbul”lar təşkil edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən regionlarda “səyyar qəbul”ların keçirilməsi vətəndaşların böyük marağına səbəb olub. Bu barədə müəssisədən verilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, qəbullar bütün bölgələrdə keçirilir və “səyyar qəbul”larda “Azərpoçt”un baş idarəsinin nümayəndələri ilə yanaşı, rayon poçt filialları və şöbələri rəislərinin iştirakı da təmin olunur. Nümayəndələrin yerlərə səfərləri zamanı, həmçinin poçt işçiləri tərəfindən vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi və təhlükəsizlik tədbirlərinə dair məsələlərə də baxılır.

Qeyd edək ki, əhalinin poçt sahəsi ilə bağlı sualların cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində kömək göstərilməsi və s. məqsədini daşıyan “səyyar qəbul”lar “Azərpoçt” tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL