waplog

“Nexus” şirkəti «Nə? Harada? Nə vaxt?» çempionatında qalibləri dəstəklədi


Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Park İnn” mehmanxanasında «Nə? Harada? Nə vaxt?» oyunu üzrə Azərbaycan çempionatı keçirildi. Çempionatda Azərbaycanın bütün regionlarından olan 40 ən güclü komanda iştirak etdi. Gün ərzində onlar Azərbaycanı  bu ilin sentyabr ayında Saransk şəhərində (Rusiya Federasiyasında) keçiriləcək olan Dünya çempionatında təmsil etmək hüququ uğrunda mübarizə aparırdılar.    

“Nexus” şirkəti hər zaman ölkədə olan gənclərin inkişafını dəstəkləyərək, bu dəfə də çempionatın əsas sponsorlarından biri kimi çıxış etdi. Birinci yeri Balaş Qasımovun komandası tutdu və bununla yanaşı, onlar Dünya çempionatına vəsiqə qazandılar. Qələbəyə görə “Nexus” şirkəti Balaş Qasımovun komandasına 37 düymlu “Nexus LCD” televizoru hədiyyə etdi.   

İkinci yeri Faiq Hüseynovun komandası tutdu. Onlara 32 düymlu “Nexus LCD” televizoru hədiyyə olundu. Üçüncü yeri isə Nigar İbrahimovanın “Fil boa ilanın cəngində” maraqlı adı olan komandasına isə 26 düymlu “Nexus LCD” televizoru hədiyyə olundu.     

Qeyd etmək lazımdır ki, çempionat «Nə? Harada? Nə vaxt?» Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası üzrə keçirildi. Çempionatın aparıcısı məşhur şəxs Sergey Abramov oyuna rəqabət, ruh yüksəkliyi və emosional qızğınlıq yaratdı.  Apellyasiya jüri heyətinə «Nə? Harada? Nə vaxt?» televiziya klubunun məşhur şəxsləri Aleksandr Druz, Boris Burda, Maksim Potaşov daxil idi. Çempionatın təşkilat komitəsindən bildirildiyi kimi, indi oxşar oyunlar hər il keçiriləcək. 

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL