waplog

Azərbaycanda “SWIFT” vasitəsilə aparılan əməliyyatların trafik göstəriciləri dünya göstəricilərindən yüksəkdir


Azərbaycan Banklar Assosiasiyasının (ABA) iqamətgahında Azərbaycanın "SWIFT" İstifadəçilər Qrupunun iclası keçirilib. Tədbirdə Azərbaycan üzrə "SWIFT" İstifadəçilər Qrupunun rəhbəri Emil Hacıyev, "SWIFT" cəmiyyətinin MDB, Rusiya və Monqolustan üzrə Regional direktoru Stiven Palstermans, İnkişaf üzrə direktoru və Standartlar üzrə eksperti Matvey Herinq, "Alliance Factors" şirkətinin Konsaltinq və xidmətlər üzrə direktoru Vyaçeslav Şişkin və ABA-ya üzv bankların "SWIFT" İstifadəçilər Qrupu üzrə nümayəndələri iştirak ediblər. "İCTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.

ABA-dan bildirilib ki, tədbirdə Azərbaycan üzrə "SWIFT" İstifadəçilər Qrupunun rəhbəri E.Hacıyev iştirakçıları iclasın proqramı və müzakirə olunacaq məsələlərlə tanış edib. Sonra Stiven Palstermans və Matvey Herinq "SWIFT" cəmiyyətinin təşkilatı strukturu və iş prinsipləri haqqında geniş təqdimatlar keçirib və Milli "SWIFT" İstifadəçilər Qrupunun fəaliyyətinə və təşkilatı məsələlərinə dair tövsiyələr veriblər.

Tədbirdə qeyd olunub ki, çirkli pulların yuyulması, maliyyə cinayətləri bütün dünyanın olduğu kimi "SWIFT" cəmiyyətinin də diqqət mərkəzində olan məsələlərdəndir və təşkilat bu sahədə səylərini əsirgəmir. İclasda son bir ildə Azərbaycanda "SWIFT" vasitəsilə aparılan əməliyyatların trafik göstəriciləri də müzakirə edilərək, qeyd olunub ki, respublikada trafikin inkişaf göstəricisi dünyadakı orta inkişaf göstəricisindən yüksəkdir. Daha sonra Azərbaycanın cari göstəriciləri MDB ölkələri ilə müqayisə edilib.

İclasda həmçinin, "SWIFT"-in idarə edilməsi, "SWIFT" istifadəçiləri, portfel xidmətləri, "ISO 20022" standartı və təşkilatın yeni təsis etdiyi sertifikatlaşdırma sistemi barədə məlumat verilərək, bildirilib ki, artıq 100-dən çox ekspert yeni sertifikata yiyələnib. Sonda Azərbaycan üzrə "SWIFT" İstifadəçilər Qrupunun üzvləri yaxın bir ay ərzində yaranmış sualları qrup daxilində müzakirə etmək üçün növbəti iclasın keçirilməsi qərarına gəliblər.

Qeyd edək ki, "SWİFT" (Society for worldwide interbank financial telecommunication) - ümumdünya banklararası telekommunikasiya sistemidir.  "SWİFT"-in məqsədi xüsusi kodlarla informasiya mübadiləsinin həyata  keçirilməsidir. Hazırda 209 ölkə və 10000-dən çox qurum "SWIFT" istifadəçisidir.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL