Elmar Qasımov: “Tələbələrə 1-ci tədris ilində intensiv şəkildə “Kompyuter və informasiya-kommunikasiya texnologiyaları” fənləri tədris ediləcək”
«Bakı Ali Neft Məktəbində tələbələrə 1-ci tədris ilində intensiv şəkildə "İngilis dili" və "Kompyuter və informasiya-kommunikasiya texnologiyaları" fənləri tədris ediləcək». "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradılmış Bakı Ali Neft Məktəbinə lisenziya verilib.
Bakı Ali Neft Məktəbinin Nizamnaməsi 2012-ci il fevral ayının 29-da
Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatından keçib. Beləliklə, 2012-ci ildə ali məktəbə 1-ci ixtisas qrupuna aid olan "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib.
Mütəxəssis hazırlığı beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Ali məktəbdə təhsil ödənişsizdir və beşillikdir. Qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Tələbələr sonrakı 4 il ərzində ingilis dilində müasir tədris texnologiyalarının tətbiqi üzrə ixtisas təhsili alacaqlar.
Məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək, onlar Neft Şirkətinin ölkədəki və xaricdəki müəssisələrində zəmanətli və yüksək əməkhaqlı işlə təmin olunacaq, təhsildə fərqlənənlər gələcəkdə magistraturada və doktoranturada təhsillərini davam etdirmək imkanları əldə edəcəklər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL