waplog

Kişi geyimlərinin ilk onlayn mağazası açılıb


Azərbaycanda ilk dəfə olaraq kişi geyimlərinin onlayn internet mağazası açılıb. 1991-ci ildən fəaliyyət göstərən “Albatros” mağazalar şəbəkəsi dəblə ayaqlaşmağı sevən kişilərə çoxdan tanışdır.

Bu mağaza onlayın vasitəsi ilə bir çox tanınmış Avropa brendlərini təqdim edir. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, dünyanın ən tanınmış şopinq saytları ilə eyni pillədə duran “e-albatros.az” indi daha rahat - 24 saat və 7 gün bazarlıq imkanı yaradır.

Burada bəyənilən geyimi və ya ayaqqabını bir neçə saniyə ərzində əldə etmək mümkündür. Onlayn mağaza həmçinin ölkə ərazisində pulsuz çatdırılma xidmətini də göstərir. Seçilən geyimin rəngi və ya ölçüsü gözlənilən kimi olmadığı halda, dəyişdirilə və ya qaytarıla bilər.





SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL