waplog

Elektron imzası olan hüquqi şəxslər real vaxt rejimində qeydiyyata alınaraq sənədlərini elektron şəkildə əldə edəcəklər


“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmana əsasən, Vergilər Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu tədbirlərin bir istiqaməti də hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatının təşkili sahəsində həyata keçirilir. Belə ki, sözügedən fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatı təkmil sertifikata malik gücləndirilmiş elektron imzadan istifadə etməklə, qeydiyyat orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə olunan sənədlər əsasında aparılacaq.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, beləliklə də istənilən Azərbaycan vətəndaşı elektron imza almaqla qeydiyyat orqanına gəlmədən Vergilər Nazirliyinin internet saytına daxil olaraq, onlayn rejimdə kommersiya hüquqi şəxsin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müraciət edə və real vaxt rejimində qeydiyyata alınaraq sənədlərini elektron şəkildə əldə edəcək.

Nazirlikdən qeyd edilib ki, hazırda kommersiya hüquqi şəxslərin ləğvetmə prosedurunun sadələşdirilməsi istiqamətində işlər aparılır: “Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyasının tövsiyələri nəzərə alınmaqla, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən təkliflər layihəsi hazırlanıb.

Layihədə ləğv­etmə prosesinin başa çatması müddətinin dəqiqləşdirilməsi, kommersiya qurumlarının qeydiyyatdan çıxması üçün tələb olunan sənədlərin tam və dəqiq siyahısının müəyyən edilməsi, həmçinin kommersiya qurumlarının iştirakçılarının və kreditorların qanuni maraqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL