Bölgələrdə vergi ödəyiciləri üçün yeni elektron xidmət mərkəzləri istifadəyə verilib
İyun ayının 12-də Tərtər və Bərdə şəhərlərində Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, ərazi vergilər idarələrinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vergi ödəyiciləri üçün daha iki xidmət mərkəzinin açılışı olub, vergi ödəyiciləri ilə görüşlər keçirilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 34 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir və cari ildə daha 6 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur.
Xidmət mərkəzlərində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı xidmətlər göstərilir. Burada həmçinin sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün təlimlər də keçirilir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”nın yerinə yetirilmə vəziyyəti, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə görüş iştirakçılarına məlumat verib.
Bildirilib ki, hazırda bəyannamələrin əvvəlcədən doldurulması sisteminin, universal telefon məlumat xidmətinin və vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılması, həmçinin vergi bəyannamələrinin real vaxt rejimində (onlayn) göndərilməsi mexanizmlərinin təkmilləşdirilməsi üzərində iş gedir.
Görüşlərdə yerli vergi ödəyicilərini və sahibkarların ictimai təşkilatlarının nümayəndələrini maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL