Amerika aeroportlarında ümumi istifadə üçün nəzərdə tutulmuş “iPad” planşeti yerləşdirilib
ABŞ aeroportlarında bufet operatoru olan “OTG” şirkəti yaxın 3.5 il ərzində 7 mindən çox “Apple iPad” planşeti yerləşdirməyə hazırlaşır.
“İCTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, sərnişinlər onların vasitəsilə bufetdən yemək sifariş edə, reys haqqında informasiyanı yoxlaya, internetdə sörfinq edə və oyun oynaya bilərlər.
“OTG” şirkəti artıq Nyu-Yorkun “LaGuardia” aeroportunun terminallarından birində 300 ədəd planşet yerləşdirib. Planşetlər yalnız bufetlərdə deyil, həm də gözləmə zallarında yerləşdirilib.
“iPad” vasitəsilə “Facebook”, “Twitter” və elektron poçta daxil olmaq mümkün olacaq. “Home” düyməsinə sıxdıqda isə bütün şəxsi məlumatlar silinəcək.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL