waplog

Sosial sərt disklər istifadəyə verilib


“Seagate” şirkətinin mühəndisləri dünyada məlumatların sosial şəbəkələrdən ehtiyat köçürülməsi funksiyası ilə təchiz edilmiş ilk sərt disk istifadəyə veriblər.

“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən  bildirir ki, “Seagate Backup Plus” sərt diskləri istənilən digər 2,5 düymlü daşıyıcılardan fərqlənmir. Əsas məsələ onlarda xüsusi proqram təminatının quraşdırılmasındadır. Həmin proqram təminatı məlumatları populyar sosial şəbəkələrdən köçürməyə imkan yaradır. Qurğu həm “Windows” əməliyyat sistemi, həm də "alma" məhsulları ilə işləyir.







 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL