“Nar Mobile”-dan beynəlxalq sərgiyə dəstək
“Nar Mobile” bu gün Bakıda start verilən növbəti beynəlxalq sərgiyə telekommunikasiya dəstəyi göstərib. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, “Bakı Ekspo” mərkəzində regionun bütün yol infrastrukturunun mənzərəsini geniş şəkildə nümayiş etdirən 2-ci Azərbaycan Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisi keçirilib.
Sərgi çərçivəsində yol tikintisi sahəsində ən son nailiyyətlər, yol hərəkətinin idarə edilməsində informasiya texnologiyalarının (İTS) tətbiqi və yeni ictimai nəqliyyat növləri təqdim olunub. Sərgidə “Azərkörpü”, “Azəryolservis”, “Borusan Makina”, “Improtex Trucks And Buses” və digər şirkətlər daxil olmaqla bir çox yerli və xarici şirkətlər iştirak edib.
“Nar Mobile” öz ənənəsinə sadiq qalaraq davamlı şəkildə ölkədə keçirilən bir çox sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir. Şirkət öz tərəfdaşlıq siyasətinə sadiq qalaraq növbəti beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisinə dəstək olub.
“Nar Mobile” tək bir sahədə deyil, bir çox sahələrdə keçirilən tədbirlərə dəstək olmaqda öz səylərini əsirgəmir. Daha əvvəl, neft, qida və digər sahələrdə sərgilərə dəstək olmuşdu. Bu ənənə “Nar Mobile” yarandığı gündən mövcuddur və şirkət bu ənənəni bundan sonra da davam etdirəcək.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL