waplog

Yerli mobil operator gənclərə telekommunikasiya sahəsində karyera qurmağa kömək edəcək


"Bakcell" şirkəti tələbələr üçün "Yay təcrübə proqramı" elan edir. "Yay təcrübə proqramı"nın məqsədi telekommunikasiya sahəsində karyera qurmaq arzusunda olan tələbələrə şirkətin müxtəlif layihələrində iştirak edərək, praktik təcrübə qazanmaq imkanı yaratmaqdır. "Bakcell" şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer proqram haqqında bunları deyib: "Bakcell"  Azərbaycanın telekommunikasiya bazarında aparıcı biznes qurumlarından biri olmaqdan qürur duyur.

Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim layihələrinə böyük sərmayələr yatırırıq. Məqsədimiz – gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə yaxından tanış etməkdir".

«Bakcell"in "Yay təcrübə proqramı"nda iştirak etmək üçün ərizələrin qəbulu 30 iyun 2012-ci il tarixinə kimi davam edəcək. Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) "hr@bakcell.com" elektron ünvanına göndərə bilərlər. Seçilmiş tələbələrə həmçinin təqaüd veriləcək. Seçim zamanı kommersiya və marketinq sahələri üzrə təhsil alan tələbələrə üstünlük veriləcək. Mövzu yerinə mütləq "Yay təcrübə proqramı" qeyd etməyinizi xahiş edirik.

Qeyd edək ki, «Bakcell"  gənclərin kadr hazırlığı üzrə bir neçə böyük layihəyə vəsait ayırıb. «Bakcell"  və "Junior Achievement Azərbaycan" təşkilatının texniki fakültə tələbələri üçün "Mobil Telekommunikasiya Biznesinə Giriş" təlim proqramı, «Bakcell"  və "AIESEC" beynəlxalq tələbə gənclər təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı və tələbələr üçün "Bakcell məzunu" proqramı bu layihələr sırasındadır.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL