waplog

Poçt şöbələri şəbəkəyə simsiz rabitə ilə qoşulacaq


“Azərpoçt” MMC-də Avtomatlaşdırılmış korporativ informasiya sisteminə 1200 poçt şöbəsinin qoşulması planlaşdırılır. Hazırda 1000-ə yaxın poçt şöbəsi bu şəbəkəyə qoşulub. “Azərpoçt” MMC-dən verilən məlumatda deyilir. Yerüstü kommunikasiyalar olmadığı üçün 200-ə yaxın poçt şöbəsi həmin şəbəkəyə simsiz internet vasitəsilə qoşulacaq.  Bu istiqamətdə test sınaq işləri uğurla nəticələnib.

“Aztelekom” İB-nin regionlarda internetin inkişafı layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq ola bilsin ki, simsiz şəbəkəyə qoşulan poçt şöbələrinin sayı bir qədər az da ola bilər. Layihənin icrası davam etdiyindən hələ bu barədə konkret fikir bildirmək tezdir”- məlumatda bildirilir.  Layihə çərçivəsində genişzolaqlı Ethernet körpüsü lokal korporativ şəbəkə ilə birləşib, verilənlərin yüksəksürətli mübadiləsi təmin edilib.

 Qeyd etmək lazımdır ki, layihənin ilkin mərhələsində “HP”, “SİNAM” və “Colvir” şirkətlərindən ibarət olan konsorsium tərəfindən Bakıda mərkəzi serverlər və telekommunikasiya avadanlığı, Sumqayıtda isə ehtiyat saytının avadanlığı yerləşdirilmiş, “Colvir Software” proqram təminatı lokallaşdırılıb quraşdırılmışdır.

“Azərpoçt” MMC-də tətbiq olunmuş “Colvir” sistemi poçt və bank fəaliyyətini tam şəkildə həyata keçirə bilən çoxfunksiyalı poçt-bank sistemidir. Həmin sistem mərkəzləşdirilmiş verilənlər bazasına müxtəlif rabitə xətləri vasitəsilə məsafədən qoşularaq işi təmin edir. Bu, “Azərpoçt” MMC-nin bütün poçt filial və şöbələrinə real zaman rejimində tam dəyərli poçt və bank fəaliyyətini həyata keçirməyə, həmçinin operativ sürətdə analitik hesabatları almağa imkan verir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL