waplog

Nəqliyyatın intellektual idarə edilməsi sisteminin tətbiqi nəticəsində paytaxtda nəqliyyat sıxlığı tənzimlənib


“Bakıda nəqliyyatın intellektual idarə edilməsi sisteminin tətbiqi nəticəsində paytaxtda nəqliyyat sıxlığı tənzimlənib. Artıq avtobuslar dayanacaqlara daha tez çatır”.

Bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib. Ziya Məmmədov bildirib ki, elektron tabloya diqqət yetirmək və hərəkətin tənzimlənməsi üçün ondan düzgün istifadə etmək lazımdır: “Sürücü elektron tablolardan istifadə etmirsə, sistemin heç bir günahı yoxdur. Sürücülərin özləri günahkardırlar.

Sistem nəqliyyatın istənilən nöqtədə sıxlığını göstərir. Sürücülər dəfələrlə məlumatlandırılıblar ki, onların hamısı həmin sistemin incəliklərini öyrənməlidirlər”.

Nazir qeyd edib ki, Bakıda avtobusların dəqiq hərəkət cədvəlini göstərən dayanacaqlar vardır. Lakin bəzi tablolarda  yanlış məlumatlar yer alır. “Bu,  texniki işlərlə bağlıdır. Avtobusların hərəkəti haqqında məlumatların əksəriyyəti düzdür. Lakin bəzi insanlar dayanacaqlarda quraşdırılmış tablolardan necə istifadə edəcəklərini bilmirlər”.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL