AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib
AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.
Akademiyadan qeyd edilib ki, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda elm sahələri üzrə ixtisas pasportlarının hazırlanması, f.ü.e.d. A.Abbasovun 80 illik yubileyinin keçirilməsi, akademik Ç.Qacarın “Kompozit materiallar əsasında effektli ƏYT (ən yüksək tezlikli) şüalanma uducusunun işlənməsi”, f.ü.f.d. A.Məmmədovun “Orta infraqırmızı diapazonu sistemlər üçün soyudulmayan detektorların yaradılması”, f.ü.e.d. İ.Həsənovun “Yeni detektə etmə prinsipi əsasında işləyən yüksək həssaslıqlı infraqırmızı fotoqəbuledici”, f.ü.e.d. B.Barxalovun “Mikroelektronikada geniş tətbiq imkanlı termoelektrik soyuducuların istehsalı üçün yüksək effektivlikli termoelektriklərin yaradılmasının fiziki əsaslarının işlənməsi”, f.ü.f.d.
T.İbrahimovun “Maye kristal nanokolloidləri əsasında optik tezliyin ikiqat artırıcılarının işlənməsi” mövzularının Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqəsində iştirak etmək üçün təqdim edilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, iyun ayının 28-nə kimi bütün ixtisaslar üçün pasportlar hazırlansın və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına təqdim edilsin. İclasda bir sıra kadr məsələlərinə də baxılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL