Elektron səs daşıyıcıları tarixi bərpa edir
Milli Arxiv İdarəsi nəzdində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi artıq 40 ildir səs fondumuzun qorunması işini uğurla həyata keçirir. İdarədən verilən məlumata görə, arxiv təmir olunaraq yeni binaya köçdükdən sonra burada işin sürəti daha da artıb. Burada çalışan 17 işçi 50 min audio və 1200 videosənədlərin mühafizəsini və qorunmasını təmin edir, habelə nadir səs yazıları da tapılaraq bərpa olunur. Burada ən qədim fonosənədin yaşı bir əsri ötür.
Dövlət Səs Yazıları Arxivindəki köhnə qrammofon vallarında və kasetlərdəki sənədlər hazırda elektron səs daşıyıcılarına köçürülür, dünyanın bir sıra nüfuzlu arxivləri ilə işbirliyi qurulur. Qeyd edək ki, bu istiqamətdə arxivin Britaniyanın Kral Kitabxanası və Vaşinqtondakı Konqres Kitabxanası ilə bir sıra layihələr həyata keçirəcəyi nəzərdə tutulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL