waplog

Gəlirlərin daxilolmasının avtomatlaşdırılması ilə bağlı daha bir yenilik edilib


Elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, xəzinədarlığın hesabına daxil  olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi davam etdirilir.

"İCTnews" elektron xəbər xidmətinə Vergilər Nazirliyindən bildirilib ki, Dövlət Xəzinədarlığı Agentliyinin cari hesabına gəlirlərin daxilolmasının avtomatlaşdırılması ilə bağlı daha bir yenilik edilib.

Belə ki, nazirlik vergi ödəyicilərinin nəzərinə çatdırır ki, cari ilin 18 iyun tarixindən Lənkəran, Şirvan, Yevlax, Kürdəmir, Cəlilabad və Biləsuvar YXO-larının bütün daxilolmalarının Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən XÖHKS vasitəsilə qəbul edilməsi məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, XÖHKS – müasir kompyuter və qabaqcıl texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir.

Sistem Dünya Bankının himayəsi altında keçirilən tenderin qalibi kimi "CMA Small Systems AB" şirkəti tərəfindən hazırlanıb. XÖHKS "SWIFT"-ə uyğun XML formatlı məlumatlarla işləyir. Bu sistemdə məlumatlar yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə təmin olunur.

XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi ilə qorunur. Sözügedən sistemdə emal olunan sənədlər bir və ya bir neçə ödəniş tapşırığından ibarət olan "Paket ödənişləri"dir. XÖHKS-də ödəniş sənədinin emalı vaxtı məlumatın strukturunun qəbul olunmuş formata uyğun gəlməsi, elektron rəqəmli imzanın düzgünlüyü, göndərənin və alanın identifikasiya kodlarının düzgünlüyü, valyutalaşma tarixinin uyğun olması, ödənişləri göndərənin göndərmə hüququna və ödənişləri alanın qəbul etmək hüququna malik olması, ödənişlərin məbləğinin mövcud məhdudiyyətlərə uyğunluğu və başqa yoxlamalar həyata keçirilir.

"Paket ödənişləri"nin imzalanmasında və məcburi sahələrın doldurulmasında kənarlaşma olduqda "Paket ödənişləri" XÖHKS tərəfindən geri qaytarılır və iştirakçıya səbəbi göstərilməklə səhv "Paket ödənişləri"nin siyahısını əks etdirən məlumat göndərilir. XÖHKS sistemində bir neçə ardıcıl periodlardan ibarət olan əməliyyat günü konsepsiyası qəbul olunub və hər period ərzində yalnız müəyyən olunmuş əməliyyatların yerinə yetirilməsi mümkündür. Mərkəzi Bankdan bildirilib ki, "Əməliyyat günü" periodlar ardıcıllığıdır: "Hər bir periodda yalnız müəyyən əməliyyatların yerinə yetirilməsinə icazə verilir.

Bir perioddan digərinə keçidə məhdudiyyət var. Bəzi periodlar "Əməliyyat günü" ərzində
birinci və ya sonuncu ola bilməzlər. Başqa məhdudiyyətlər də qoyula bilər, məsələn, periodun başlanma və sona çatma vaxtlarına. XÖHKS-də hər sessiya müvafiq periodlar ardıcıllığına malikdir".

Bu ardıcıllığa sessiyanın başlanması, sənədlər mübadiləsi, klirinqqabağı period, klirinq period, klirinq nəticələrinin təsdiqi, sessiya nəticələrinin göndərilməsi, sessiya hesabatlarının göndərilməsi daxildir. XÖHKS sisteminin xüsusiyyətlərinə gəlincə, sistem gün ərzində 300 000-dək ödənişlərin emal edilməsi imkanı, daxilolan ödənişlər barəsində informasiyanı real vaxt rejimində əldə etmək imkanının

olması hesabına banklar tərəfindən likvidliyin çevik idarə olunması, ödəniş tapşırıqlarının 10 gün gələcək valyutalaşma tarixi ilə daxil edilməsinə malikdir. Bundan başqa, sistemdə iştirakçılar tərəfindən debet limitinin müəyən edilməsi xüsusiyyəti var ki, sistem iştirakçılarını kredit riskindən azad edir.

Ödənişlərin maksimum limit məbləğinin müəyyənləşdirilməsinə gəlincə, hal-hazırda bu limit Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 200 milyon manat müəyyən edilib. Sistemin xüsusiyyətlərinə növbədə olan ödənişlərin geri cağırılması imkanı, yerli telekommunikasiya provayder xidmətlərindən istifadə olunması hesabına çevik

qiymət siyasətinin həyata keçirilməsinin imkanı (Komission haqların aşağı səviyyədə saxlanılması), birbaşa debet əməliyyatlarının həyata keçirilməsi imkanı da daxildir.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL