ABŞ-da oyun konsollarının satış həcmi azalır
“NPD Group” şirkətinin son məlumatına əsasən, ABŞ-da 2012-ci ilin mayında oyun konsolları, oyun və aksessuarların satış həcmi azalıb. Kompyuter oyunları bazarı artıq 6-cı dəfə ardıcıl olaraq mənfi nəticə göstərib. “NPD Group” şirkətinin nümayəndələri bildiriblər ki, mayda satışların həcmi 28 faiz azalaraq 517 milyon dollar təşkil edib.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci il may ayının nəticəsinə görə, konsol və portativ proqram təminatının satış həcmi 32 faiz azalaraq 255 milyon dollar, aparat konsolların satış həcmi isə 39 faiz azalaraq 139 milyon dollar təşkil edib.
2012-ci ilin mayına olan vəziyyətə görə, Amerika bazarında 10 ən çox satılan oyun aşağıdakılardır:
1. "Diablo III" for PCs, Activision Blizzard Inc.
2. "Max Payne 3" for Xbox 360, PlayStation 3, PCs, Take-Two Interactive Software Inc.
3. "Tom Clancy's Ghost Recon: Future Soldier" for Xbox 360, PlayStation 3, Ubisoft Group.
4. "Prototype 2" for Xbox 360, PlayStation 3, Activision Blizzard Inc.
5. "NBA 2K12" for Xbox 360, PlayStation 3, Wii, PlayStation Portable, PlayStation 2, PCs, Take-Two Interactive Software Inc.
6. "Call of Duty: Modern Warfare 3" for Xbox 360, PlayStation 3, Wii, PCs, Activision Blizzard Inc.
7. "Sniper Elite V2" for Xbox 360, PlayStation 3, 505 Games
8. "Battlefield 3" for Xbox 360, PlayStation 3, PCs, Electronic Arts Inc.
9. "Dragon's Dogma" for Xbox 360, PlayStation 3, Capcom USA
10. "Just Dance 3" for Xbox 360, PlayStation 3, Wii, Ubisoft Group.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL