waplog

Dövlət Xəzinədarlığı Agentliyinin gəlir daxilolmalarının avtomatlaşdırılması prosesi davam edir


Məlum olduğu kimi, elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, xəzinədarlığın hesabına daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin olunması, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi məqsədilə Yerli Xəzinədarlıq Orqanlarının bütün daxilolmaları Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən  XÖHKS vasitəsilə qəbul edilməsi prosesinə start verilib.

"İCTnews" elektron xəbər xidmətinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, cari ilin 18 iyun tarixindən Lənkəran, Şirvan, Yevlax, Kürdəmir, Cəlilabad və Biləsuvar YXO-larının bütün daxilolmalarının agentlik tərəfindən XÖHKS vasitəsilə qəbul edilməsi məqsədəuyğun hesab edilir.

XÖHKS - müasir kompyuter və qabaqcıl texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir. Bu sistemdə məlumatlar yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə təmin olunur. XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi ilə qorunur.



CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL