Robotlar insanlardan daha həssasdırlar?
Amerikanın Cənubi Kaliforniya Universitetinin əməkdaşları “BioTac” adlı yeni robot təqdim ediblər. Robot toxunduğu materialı insandan daha dəqiq müəyyən edir. Alimlər robotun süni barmaqlarının həddən artıq həssas alınması üçün xüsusi datçiklərdən istifadə ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, robotun barmaqları xüsusi süni dəri ilə örtülüb. “BioTac” robotu 117 müxtəlif material üzərində sınaqdan keçirilib; onları tanıma dəqiqliyi 95 faiz təşkil edib. Robot datçik sayəsində, həmçinin toxunduğu obyektlərin temperaturunu hiss edə bilir.
“BioTac” robotunun yaradıcıları onların hazırladığı texnologiyanın bir çox sahələrdə tətbiq ediləcəyinə əmindirlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL