waplog

"Eurovision-2012"-ni izləyən tamaşaçıların sayı açıqlanıb


1956-cı ildən başlayaraq “Eurovision” mahnı müsabiqəsi ən uzunömürlü və çox izlənən televiziya layihəsi hesab edilir. Hər il bu yarışmanı 600 milyon nəfərə yaxın insan seyr edir. “escdaily.com” saytının məlumatına görə, Azərbaycanda mayın 22-si, 24-ü və 26-da keçirilən müsabiqənin ölkələrdəki izlənmə sayı açıqlanıb. 57-ci “Eurovision” yarışmasında iştirak edən 42 ölkədən 25-nin baxılma statistikası artıq məlumdur.

Belə ki, bu il müsabiqənin mayın 26-da keçirilən final şousuna ən çox Almaniyada baxıblar (8. 290.000 izləyici). Ən az göstərici isə İsraildə qeydə alınıb (100 min nəfər). I yarımfinalı ən çox Yunanıstanda, ən az isə Slovakiyada izləyiblər. II yarımfinala isə ən çox Ukraynada, ən az isə yenidən Slovakiyada baxılıb.
 
Final şousunu Böyük Britaniyadan 7.590.000, İspaniyadan 6.542.000, Fransadan 3.980.000, Ukraynadan 3.700.000, İsveçdən 3.241.000, Serbiyadan 3.100.000, Yunanıstandan 2.578.253, Rumıniyadan 2.295.000, İtaliyadan 1.400.000, Niderlanddan 1.063.000, Norveçdən 1.094.000, Litvadan 1.300.000 tamaşaçı izləyib.
 
Ən çox reytinq isə İsveçdə müşahidə olunub. Belə ki, ölkədə final şousunu izləyənlərin sayı 3 milyondan çox olsa da, həmin efirin reytinqi 84 faiz olub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL