waplog

Qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunlar keçirilən obyekt aşkarlanıb


Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi son operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, R.Behbudov küçəsi 8, mənzil 12 ünvanında yerləşən, fərdi sahibkar Quliyev İsrafil Əjdər  oğluna məxsus ictimai iaşə obyektində qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların təşkil olunduğu aşkarlanıb.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, obyektdə özünü Cəfərov Müzəffər Sərdar oğlu kimi təqdim edən şəxs uduşlu oyunların operatoru vəzifəsini icra etdiyini bildirib.

Nəzarət zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən olunub. Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən ümumilikdə 9 ədəd kompyuter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, “qara mühasibatlıq” sənədləri götürülüb.

Qanunsuz oyunların təşkilatçılarının dəqiqləşdirilməsi, əldə edilmiş gəlirin və vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan yoxlamaya təqdim  edilib. Nazirlikdən fakt üzrə araşdırmaların davam etdiyi vurğulanıb.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL