İT şirkətlərinin “casus” təyyarələri ABŞ-da narahatçılıq yaradıb
ABŞ hakimiyyəti “Google” və “Apple” şirkətlərinin “3D” xəritələrin yaradılması üçün istifadə etdikləri "casus" təyyarələri ilə bağlı öz narahatçılığını ifadə edib. Senator-demokrat Çarlz Şumer hər iki şirkətə yazdığı məktubda bəyan edib ki, onların "3D” xəritənin yaradılması üçün istifadə etdikləri olduqca həssas “avadanlıq" amerikalıların şəxsi həyatın toxunulmazlığı ilə bağlı hüququnu poza bilər.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Şumer xüsusilə ondan ehtiyat edir ki, “Google” və “Apple” şirkətlərinin optik texnologiyası "pəncərədən görmək və ya hətta arxa həyətdəki günəş şüası qəbul edənləri təsvir etmək üçün kifayət qədər güclü ola bilər". Senator, həmçinin şəhərlərin mükəmməl “3D” modellərinin milli təhlükəsizliyə problem yarada biləcəyindən narahatdır.
Senator Şumer bununla əlaqədar olaraq hər iki şirkətdən çəkiliş zamanı sakinlərə xəbər verməyi, insanların simalarını avtomatik olaraq yox etməyi və strateji əhəmiyyətli infrastruktur obyektlərini retuşlamağı xahiş edib.
“Google” şirkəti bu məsələni senatorla müzakirə etməyə hazır olduğunu ifadə edib. “Apple” şirkəti bu məsələyə hələ ki heç bir reaksiya göstərməyib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL